“Sevilənlər, sevənlər” rubrikası altında şair, dramaturq Xədicə Murad ilə evdən canlı görüş
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının “Sevilənlər, sevənlər” rubrikası altında 05 may 2020-ci il tarixdə keçirdiyi canlı yayının növbət qonağı Azərbaycan Yazıçılar və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, dosent, “Məlhəm” Humanist Qadınlar İctimai Birliyinin sədri, Yusif Məmmədəliyev adına Qızıl Medala layiq görülmüş şair, dramaturq Xədicə Murad oldu.
Xədicə Murad canlı yayının istifadəçilərini təsisçisi olduğu “Məlhəm” Humanist Qadınlar İctimai Birliyinin yaranma tarixi, birliyin məqsəd və vəzifələri, indiyədək qazandığı uğurları və elmi fəaliyyəti, bədii yaradıcılığı haqqında məlumatlandırdı. Müasir gəncliyin bədii ədəbiyyata, mütaliəyə olan marağını yüksək qiymətləndirdi.
Xədicə Murad həmçinin, izləyicilərin suallarını cavablandırdı, onların arzu və istəklərini nəzərə alaraq öz şeirlərindən, müəllifi olduğu bayatılarıdan bir neçəsini söylədi.
“Sevilənlər sevənlər” rubrikasının şair, dramaturq Xədicə Murad ilə canlı yayınına 228 nəfər istifadəçi qatıldı.