“Sevilənlər, sevənlər” rubrikası altında şair, yazıçı Seyman Aruz ilə evdən canlı görüş

02 sentyabr, 2020
Paylaş:

“Sevilənlər, sevənlər” rubrikası altında şair, yazıçı Seyman Aruz ilə evdən canlı görüş

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının “Sevilənlər, sevənlər” rubrikası altında 02 sentyabr 2020-ci il tarixdə təşkil etdiyi canlı yayının qonağı şair, yazıçı, Azərbaycan Yazıçılar Birliyinin Güney Azərbaycan Şöbəsinin rəhbəri Seyman Aruz oldu.

Qonaq mütaliəyə hədsiz bağlılığı, karantinlə əlaqədar sosial izolyasiya şəraitində hər gün öz üzərində çalışmasından, yeniliklərə meyl etməsindən danışdı. İstifadəçiləri və aparıcını maraqlandıran sualları cavablandırdı, ədəbiyyat, kitab təbliğatı, mütaliə və sair mövzular ətrafında fikirlərini söylədi.

Güney və Quzey Azərbaycan ədəbiyyatı, mədəniyyəti, kitab təbliğatı arasında maraqlı paralellər apardı, Təbriz mühitində yetişən şair və yazıçıları xatırladı. İmadəddin Nəsimi, Nizami Gəncəvi, Xaqani Şirvani, Məhəmmədhüseyn Şəhriyar kimi görkəmli şairlərin həyat və yaradıcılığından, əsərlərindən misal gətirdi, Azərbaycan ədəbiyyatına bəxş etdikləri zəngin irslərini böyük xəzinə adlandırdı.

Son illərdə Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayevin təşəbbüsü ilə ölkəmizdə Cənubi Azərbaycan yazıçılarının otuz beş kitabının, Tehran, Təbriz, Urmiya, Ərdəbildə isə Anar, Elçin Əfəndiyev, Fikrət Qoca, Şərif Ağayar, Sevinc Pərvanə, Nuranə Nur, Qəşəm Nəcəfzadənin ümumilikdə yüz əlli kitabının çap olunmasını və bu prosesin bu gün də davam etdirilməsini bildirdi.

Canlı yayına qatılan 1700-dən artiq izləyici üçün son şerlərindən birini oxudu. Aparıcı Günay Həsənovanın “Sizin həyat deviziniz nədir?” sualına qürurla “Məni bu həyata bağlayan Vətən sevgisi, doğma Azərbaycanımdır”-deyə cavab verdi.

Canlı yayının sonunda şair, yazıçı Seyman Aruz tədbirin təşkilinə görə kitabxananın rəhbərliyinə və kollektivinə öz təşəkkürünü bildird

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()