“Sevilənlər, sevənlər” rubrikası altında transpersonal psixoloq İlqar Kərimov ilə evdən canlı görüş.

20 avqust, 2020
Paylaş:

“Sevilənlər, sevənlər” rubrikası altında transpersonal psixoloq İlqar Kərimov ilə evdən canlı görüş.

20 avqust 2020-ci il tarixidə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası öz instagram səhifəsində “Sevilənlər, sevənlər” rubrikası altında transpersonal psixoloq İlqar Kərimov ilə canlı görüş keçirdi.

İlqar Kərimov psixologiya terminləri,- transpersonal psixologiya, psixoterapiya, psixatriya, psixologiya haqqında danışıb bu anlayışlar arasında olan fərqli xüsusiyyətləri izləyicilərinin diqqətinə çatdırdı.

Ailədə sevgi, ailədə travma, uşaqlarda psixoloji travma, psixoloji hücum, davranışda balans, təfəkkür və davranış haqqında dəyərli fikirlərini bildirdi, psixoloq və təlimçini sanki bir güzgüyə bənzətdi. Müasir ailələrdə yaşanan psixoloji problemlərdən, uşaq tərbiyəsində zəruri olan aspektlərdən, fərdi inkişafın mühüm nüanslarından, ehtiyac yarandıqda ailə terapiyalarının keçirilməsinin zəruriliyindən də söhbət açdı.

İlqar Kərimovla canlı yayında yoqa terapiyası, Şərq döyüş növləri, özünümüdafiə metodları ətrafında diskussiyalar aparıldı, təlaş, posttravmatik pozuntular, nevroz və sair mövzular müzakirə edildi.

Canlı yayın zamanı İlqar Kərimov həm görüşün aparıcısı Günay Həsənova, həm də izləyicilərin çoxsaylı suallarını ətraflı şəkildə cavablandırdı.

Yüzlərlə izləyicinin qatıldığı görüş transpersonal psixoloq İlqar Kərimovun kitabxananın rəhbərliyinə və kollektivinə təşəkkürü ilə sona çatdı.

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()