“Sevilənlər, sevənlər” rubrikası altında yazıçı, jurnalist Rəşad Məcid ilə evdən canlı görüş.
13 may 2020-ci il tarixdə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının “Sevilənlər, sevənlər” rubrikası altında evdən növbəti görüşünün qonağı “525-ci qəzet”in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin katibi, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, Azərbaycan Respublikasının Prezidenti Yanında Əhv Məsələləri Komissiayasının üzvü Rəşad Məcid oldu.
Görüş zamanı Rəşad Məcid ilk növbədə jurnalistika sahəsinə gəlişindən, baş redaktoru olduğu qəzetin fəaliyyətindən, ənənəvi jurnalistikanın xüsusiyyətlərindən, müasir dövrdə mətbuatın qarşısında duran yeniliklərdən və vəzifələrdən danışdı.
Rəşad Məcid Azərbaycan Yazıçılar Birliyinin gənc şair və yazıçılar üçün yaratdığı əlverişli şəraiti, dövlətimizin gənclərə göstərdiyi qayğını yüksək qiymətləndirdi, həmçinin, Azərbaycan Respublikasının Prezidenti Yanında Əhv Məsələləri Komissiyasının fəaliyyətinə də toxunub son illər bu sahədə görülən işlər haqqında məlumat verdi.
Rəşad Məcid canlı yayını aparan Günay Həsənovanın və istifadəçilərin çoxsaylı suallarını cavablandırdı, müəllifi olduğu bir neçə şeri səsləndirdi.
Yazıçı, jurnalist Rəşad Məcid ilə keçirilən canlı görüşə 175 nəfər istifadəçi qatıldı.