Ulu öndər Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində açıq dərs

10 may, 2023
Paylaş:

Ulu öndər Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində açıq dərs

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar tədbirlər davam edir. Azərbaycan Milli Konservatoriyasının tərkibində fəaliyyət göstərən İncəsənət Gimnaziyasının məktəblilərinin iştirakı ilə  Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar açıq dərs keçirilib.

Tədbir Azərbaycan Dövlət Himninin səsləndiilməsi ilə başlayıb.

Kitabxananın direktoru Aslan Cəfərov məktəbliləri salamlayaraq, bu gün Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinin Azərbaycanın hər yerində təntənəli şəkildə qeyd edildiyini bildirib. Ulu öndər Heydər Əliyevin uşaqları sonsuz məhəbbətlə sevən lider olduğunu və Azərbaycanda uşaq siyasətinin əsasının məhz ümummilli lider Heydər Əliyev tərəfindən qoyuluğunu söyləyib. Azərbaycanın gənc vətəndaşlarının  mükəmməl təhsil, təlim-tərbiyə alması, Vətən və xalq üçün gərəkli övlad kimi böyüməsi ümummilli liderin daim diqqətində olduğunu qeyd edib. Uşaqların himayədarı olan ulu öndərin bütün istiqamətlərdə, o cümlədən uşaqların hüquqlarının qorunması və qayğı ilə əhatə olunması sahəsində müəyyənləşdirdiyi dövlət siyasətinin cənab Prezident, Ali Baş Komandan İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirildiyini söyləyib.

İncəsənət Gimnaziyasının müəllimi Sevinc Məmmədova Ulu öndər Heydər Əliyevin Azərbaycanı dönməz müstəqilliyə, yüksək rifaha, inkişafa doğru apardığını söyləyərək, Heydər Əliyevin Azərbaycanımız naminə, ölkəmizin inkişafı yolunda gördüyü misilsiz işlər barədə məktəblilərə məlumat verib. Sonradan məktəblilər ulu öndərin həyat və fəaliyyətinə dair hazırladıqları kompazisiyaları səsləndiriblər.

Tədbirdə Ulu öndər Heydər Əliyevə həsr olunmuş şeirlər səsləndirilib, videomateriallar nümayiş olunub.

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()