Paylaş:
XALQ ŞAİRİ BƏXTİYAR VAHABZADƏ - 100
Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi, dramaturq, ədəbiyyatşünas, pedaqoq və ictimai xadim, SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı, akademik Bəxtiyar Vahabzadənin 100 illik yubileyi ilə əlaqədar olaraq “Bəxtiyar Vahabzadə - 100” adlı ənənəvi sərgi təşkil edilib. Sərgidə Bəxtiyar Vahabzadənin həyat və yaradıcılığını əks etdirən kitablar, kitabxana əməkdaşları tərəfindən hazırlanan “Bəxtiyar Vahabzadə - 100” adlı biblioqrafik icmal sərgilənməkdədir.