Xalq şairi B.Vahabzadənin xatirəsi anılıb

25 dekabr, 2025
Paylaş:

Xalq şairi B.Vahabzadənin xatirəsi anılıb

Respublika Gənclər Kitabxanasında Elm və Təhsil Nazirliyinin tabeliyində olan 4 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi ilə birlikdə “Sözün taleyə çevrildiyi ömür – Bəxtiyar Vahabzadə” adlı tədbir keçirilib. Bəxtiyar Vahabzadənin zəngin ədəbi irsinin yeniyetmə və gənclər arasında təbliği məqsədilə təşkil edilən tədbirdə Firudin bəy Köçərli adına  Respublika Uşaq Kitabxanasının direktoru, Əməkdar mədəniyyət işçisi Şəhla Qəmbərova, Xatirə Kitabı redaksiyasının baş redaktoru, şairə Nəzakət Məmmədova,  professor, uşaq yazarı Solmaz Amanov, mərkəzin pedaqoji heyəti, dərnək üzvləri, məktəblilər, tələbə və gənclər iştirak edib.

Tədbir Ulu Öndər Heydər Əliyevin və dövlətin müstəqilliyi, ərazi bütövlüyü uğrunda canını fəda etmiş qəhrəman Azərbaycan oğullarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. 

Tədbiri giriş sözü ilə açan kitabxananın direktoru Aslan Cəfərov Xalq şairi, akademik Bəxtiyar Vahabzadənin Azərbaycan ədəbiyyatında, milli düşüncə tarixində və ictimai şüurda tutduğu əvəzsiz roldan danışaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyinin qeyd olunması barədə 21 fevral 2025-ci il tarixində imzalandığı sərəncamına müvafiq olaraq  Respublika Gənclər Kitabxanasında həyata keçirilən layihələrdən, hazırlanan materiallardan bəhs etdi.

Tədbir iştirakçıları öz çıxışlarında Bəxtiyar Vahabzadənin təkcə şair deyil,  milli düşüncənin carçısı, ana dilimizin, milli kimliyimizin və azadlıq ideyalarının yorulmaz müdafiəçisi olduğunu, onun poeziyasında Azərbaycan insanının ruhunun, dərdinin, sevincinin, mübarizəsinin və gələcəyə olan inamının əks olunduğunu bildirdilər.

 

 

 

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()