Müşfiq və Aşıq yaradıcılığı
Müşfiqin aşıq şeirinin çox yayılmış qoşma və gəraylı növündə yazdığı əsərlər xalq yaradıcılığından təsirlənməsinə gözəl nümunələrdir.Xüsusilə,gənc şairin həyəcan və iztirablarının,sevən,sevilən qəlbinin nəğmələri öz sadəliyi,səmimiliyi,yumşaq,həlim ahəngi və yığcamlığına görə aşıq şeiri ilə doğmalıq təşkil edir.Təsadüfi deyil ki,bu qoşma və gəraylılar da aşıq şeirləri kimi,dildə-ağızda gəzə-gəzə gəlib bizə çatmışdır.Şairin ömür-gün yoldaşı Dilbər xanımın “Müşfiqli günlərim”kitabı səhifələrini hər görüşdə öz məhəbbətini yeni-yeni nəğmələrlə çalıb-çağıran Müşfiqin gözəl qoşmaları bəzədiyi üçün aşiqanə xalq dastanlarını xatırladır.Çox təəsüfki,şairin öz məhəbbətinə,sevgilisinə həsr etdiyi şeirlərin böyük bir qismi.eləcədə şairin özünün toplayıb bağladığı “Dilbərnamə”kitabı itmiş,xalqın malı ola bilməmişdir.Bununla belə, nəşr olunmuş kitablarındakı və dostlarının öz xatirələrində yaşadıb,son illərdə mətbuatda çap etdirdikləri şeirlər içərisində də aşıq yaradıcılığının Müşfiq lirikasına təsirini öyrənmək üçün kifayət qədər nümunələr vardır.Onlar həmçinin xalq şerindən yaradıcı faydalanan Müşfiqin orijinal lirik üslubunun,şeir sənətkarlığının inkişafını izləmək cəhətdən də əhəmiyyətlidir.
Əksəriyyətlə məhəbbət mövzusunda deyilmiş aşıq şeirləri insani hiss və duyğuların səmimiliyinə görə hər kəsin qəlbinə,düşüncəsinə doğma olur.Gənc Müşfiqin “sevdiyi qıza gündə bir şer həsr etməsi”,sevgilisinin yerişini,duruşunu,oturuşunu,baxışını,sözünü,söhbətini şeirlə onun aşıq ədəbiyyatı ənənələri ilə bağlılığının nəticəsi idi.Şairin bizə 20-dən çox qoşma və gəraylısı gəlib çatmışdır:”Eşqim”,”Kimidir”,”Ayrılıq”,”Sənə qurban”,”Söylə”,”Məhəbbət”,”Dilbər”,”Küsmərəm”...Bu şeirlərdən bəzilərinin dəfələrlə ayrı-ayrı ustad aşıqlar tərəfindən tərənnüm olunmuş lirik məzmunu ifadə etməsinə baxmayaraq,Müşfiq özünün fərdi hiss-həyəcanını orijinal bədii vasitələrlə çatdıra bilirdi.
Xalqın sevimli ustad aşıqlarından olan Ələsgər aşıq poeziyasının gözəl,mütərəqqi ənənələrini inkişaf etdirməklə bərabər “klassik ədəbiyyatın fikri dərinlik,tipikləşdirmə və bədii ümumiləşdirmə qanunlarını aşıq poeziyasının canına hopdurmuşdur”.Aşıq Ələsgər yaradıcılığının,yəqin ki bu xüsusiyyətinə görə Müşfiq onu yüksək qiymətləndirmiş,onun şeir sənətkarlığılna böyük həssaslıqla yanaşmış,ondan bədiiliyin sirlərini öyrənmişdir.Aşıq Ələsgər şeirindəki canlı,real təsvir,sadə dillə zəngin poetik obraz yaratmaq ustalığı,kiçik şeirdə dərin məzmun ifadə etmək bacarığı və üslubundakı şux ahəng,nikbin əhvali-ruhiyyə Müşfiq lirikasının qidalandığı sənətkarlıq xüsusiyyətlərindən olmuşdur.
Tərlan kimi necə cilvələnibdi,
Bir qıya baxanda aldı canımı,
Gözləri qüdrətdən həlqələnibdi.
Aşıq Ələsgərin yaratdığı bu löhvədəki həyatiliyi,canlılığı,göz qamaşdıran parıltını ifadə etmək çətindir.Gözəlin təsvirində işlənən son dərərcə sadə və həm də yüksək şeiriyyətli sözlər,elə bil,günəş şüaları kimi şerdən süzülüb axır,gözlərimiz qarşısında canlanan titrəşib oynaşırlar.Müşfiq ustad aşığın sənətkarlığının incə xüsusiyyətlərini dərindən duyur,bacarıqla onları mənimsəyirdi.
Çox gözəl fikirdir,qal,sənə qurban.
Nə zaman istəsən əziz canımı
Qumral gözlərinlə al,sənə qurban.
Gəlmiş hüzuruna bir qara dağlı,
Bir qara qulundur qolları bağlı,
Gəl çəkmə sinəmə sən hicran dağı,
Gümüş topuğunda xal,sənə qurban.
Müşfiqin şerində ən bariz sənətkarlıq əlaməti lirik ovqatın son dərəcə səmimi,emosional ifadəsidir.Şair adicə söz və ifadələri elə bir ahəng tərkibi ilə poetikləşdirir ki,o sözlər və ifadələr tamamilə təzələnir,gözəlləşir mənalanırlar:”gəlmiş hüzuruna bir qara dağlı.Bir qara qulundur gözləri bağlı”.Ənənəvi klassik təşbehlər,məcazlar belə,yeni bir çalar-xoş yumorlu,gümrah bir ahəng kəsb edirlər:”əziz canımı qumral gözlərinlə al”,”gəl çəkmə sinəmə sən hicran dağı”.Aşıq Ələsgərin “qadan alım “,”sənə qurab”,”Al,incimərəm”rədifli qoşmaları yada düşür.Müşfiqin şeirinin bunlardan təsirlənməsini sonuncu qoşmanın məzmunundan,təşbeh,qafiyə və digər bədii vasitələrindən də görmək mümkündür.Aşıq Ələsgərdə oxuyuruq:
Qoymuşam əmrinə qol,incimərəm.
Həsrətindən məcnun oldum səhrada,
Alırsan canımı al,incimərəm.
Aşiqlərin hər ikisi öz sevgilisinin qulu olduğunu,hər əmrinə müntəzir durduğunu,hicran həsrətinə dözə bilmədiyini,canını gözələ fəda etməyə hazır olduğunu tərənnüm edir.Müşfiqin şeirinin aşıq Ələsgər üslubu ilə yaxınlığını onun şən,oynaq ahəngindən də aydın görmək olur.Uğursuz nakam məhəbbətin doğurduğu kədərli,bədbin hissləri ifadə edərkən belə,zərif bir nikbinlik,şuxluq əhval-ruhiyyəsi Aşıq Ələsgər üslubu üçün seciyyəvidir.Məşhur “Düşdü”rədifli qoşması buna yaxşı bir nümunədir.Bu qoşmanı Müşfiqin xüsusilə yüksək qiymətləndirməsini və ondan təsirlənməsini gənc şairin iki şerində müşahidə edirik.”Düşdü” və “Yaşa,könül”qoşmalarının hər ikisində Aşıq Ələsgərin həmin şeirinin təsiri duyulur.Lakin bu təsirlənmə bədii irsdən faydalanmanın iki müxtəlif tərəfini müşahidə cəhətdən maraqlıdır.Birinci şeirde gənc şair bu gözəl sənət əsərinin zahiri cazibəsindən xilas ola bilməyib,həmin rədifdə,ancaq başqa məzmunda şeir yazmağa cəhd gösdərmişsə də,Aşıq Ələsgərdəki məna dərinliyinə,heyrətamiz lakonikliyə,hisslər dərinliyinə nail ola bilməmişdir.
Gözüm bir baxçanın gülünə düşdü.
Qəhrini çəkdiyim gülün surəti
Sakit xəyalımın gölünə düşdü.
Orda-burda keçdi gənclik həyatım,
Hər yerdən kəsildi rahi-nicatım.
Gör nə bədbəxtəm ki,axırda adım
Hər körpə uşağın dilinə düşdü.
Müşfiq birinci bənddə xalq ədəbiyyatı nümunəsi kimi təravətli poetik töhvə yaratmış,özünü “çiçəklər aşiqi bir bülbül”,gözəli “bir baxçanın gülü”,aşiq olmasını” gülün surəti sakit xəyalımın gölünə düşdü”deyə təsvir etmişdir.İkinci bənddə isə bu lirik əlvanlığı inkişaf etdirmək əvəzinə kədərli,bədbin əhval-ruhiyyə və eləcədə tutqun boyalarla şeiri başa çatdırmışdır.”yaşa,könül”də isə sanki “yox” cavabı aldığı üçün “qol qanadı qırılmış”Aşıq Ələsgər qəhrəmanının məhəbbət tarixçəsinin davamını oxuyuruq:əvvəlki qədər saf,səmimi çırpıntılar,mənalı yığcamlıq,xəlqi sadəlik nümunəsi,fərq yalnız Müşfiqdə məzmundan asılı olaraq ahəngin nikbin deyil,kövrək bir kədərlə səslənməsidir:
Yandı bağrın eşq oduna,
Qaldın hicran umuduna,
Ey qırılan şişə könül!
Tərlansan,göydən enməzsən,
Bu torpaqda sevinməzsən,
Mən dönərəm,sən dönməzsən,
Yaşa könül,yaşa könül!
Şeirdəki zəngin obrazlar Müşfiqin özünəməxsus poetik üslubunun məhsulu idi.Elə bir üslub ki,orada xalq ədədbiyyatındakı sadəlik,təbiilik dərin mənalı Füzuli obrazlılığına qovuşurdu.Birinci iki misradakı obrazlı təcəssüm buna gözəl misaldır.Əvvəlki od gözəlin gözlərindəki parlaqlığı ifadə edir.Lirik qəhrəmanın gözləri onun baxışları ilə rastlaşarkən aşiqin könlünün buluduna toxunub,ildırım çaxdırmışdır.Bu ildırım aşiqin bağrına düşmüş orada yanğın törətmişdir.Könül eşq oduna alışmışdır.”Könül”ün “hicran umuduna” qalması,”qırılan şişə” təşbehinə tuş olması bu lirik qəhrəmanın da Aşıq Ələsgər aşiqi ilə həmdəmliyinə dəlalət edir.Ancaq Müşfiqin “tərlan” aşiqi öz hisslərində daha mətanətli,daha dəyanətlidir.
Yaşa könül,yaşa,könül!
Gənc şairin özündə bədii mənalar gizləyən,oxucunu həmin mənaların sehri ilə ovsunlayan belə obrazları onun poetik axtarışlarının ilk nailiyyətlərindən idi.Qaynağını xalq şeirindən alıb,orijinal sənətkarlıqla cilalanmış başqa obrazlı ifadələrə də gənc şairin qoşmalarında ara-sıra rast gəlinir.Məsələn:
Gözəl təbiətin şeiriyyətimi?!
Gözlərin misaldır axan çaylardan.
Kirpiyin oxlardan,qaşın yaylardan,
Qarşımıza gələn uzun aylardan,
İllərdən küsərəm,səndən küsmərəm.
Saçın gül suyunda yıxanmış məgər,
Ətrindən dimağım,beynim mey çəkər.
Müşfiq aşıq yaradıcılığının digər böyük sənətkarlarını da sevə-sevə oxumuş,onların sadə,oynaq ruhlu qoşmalarından təsirlənərək orijinal əsərlər yazmışdır.Aşıq Qurbani,Aşıq Abbas,Aşıq Valeh,Aşıq Hüseyn və başqalarının bədii ifadə sənətkarlığının ayrı-ayrı xüsusiyyətləri şairin ictimai məzmunlu şeirlərində və məhəbbət lirikasında yaradıcı şəkildə inkişaf etdirilmişdir.Müşfiqin ilk şeirlər kitabındakı “İnqilab”,”Öyrəniş”,”Gəzdiyim yerlər”,”Qoşma”və.s aşıq şeirinin şəkilləri,canlı obrazlılığı,oynaq ahəngi təsirilə yazılmış əsərlərdir.Bunlarda şairin real ictimai mühiti,inqilabi gerçəkliyə fəal münasibəti və yeni estetik ideal ilə şərtlənən fərqli xüsusiyyətlərdə vardır.”Yeni gənc”şeirində belə oxşar və fərqli cəhətlərin təcəssümünə baxaq.Şeir əksər aşıq qoşmaları kimi üçcə bənddir:
Dildən-dilə düşmüş hekayətim var.
Həyat nəşəsiylə titrəyir içim
Parlaq gələcəyim,nəhayətim var.
Bir parça atəşəm,bir parça yanğın,
Qəlbim örnəyidir yanar bir dağın,
Qarşımda duramaz nə sel,nə daşqın,
Təbiətlə mənim zərafətim var.
Sevgim mübarizə,sevgilim həyat,
Yəhərlənmiş mənə qanadlı bir at,
Gör nə deyir sizə çaldığım qanad,
Hələ bundan sonra qiyamətim var.
