Müşfiqin tərcümələri
Ədəbiyyatın ölməz sənətkarları və yaradıcılıqlarında dərin xəlqilik,insanpərvərlik,yüksək bədiilik v.s kimi ənənələr miras qoymuşlar.Bu sınanılmış ənənələrdən öyrənmək,faydalanmaq gənc isdedadların formalaşmasında,inkişafında böyük bir yaradıcılıq məktəbi xidmətini görür,onlara həqiqi sənətin sirlərini açır.Əlbəttə gənc Müşfiqin bədii irslə tanışlığının əhatə dairəsini yalnız adlarını çəkdiyimiz mənbələr və şairlərlə məhdudlaşdırmaq düzgün olmazdı.Müşfiq şərqin ölməz sənətkarları Firdovsi,Ömər Xəyyam,Hafizin əsərlərini orijinalından oxumuş,bəzilərini fars dilindən doğma Azərbaycan dilinə tərcümə etmiş;xalqının Nizami,Nəsimi,Xətayi,Füzuli,Vaqif,Zakir,S.Ə.Şirvani,Vazeh və.b kimi geniş şöhrət tapmış şairlər ilə yanaşı Bahar Şirvani,Bixud,Ləli,Naseh,Raci kimi az tanınmış bir çox söz ustalarının da gözəl lirik şeirlərindən əzbərlər öyrənmiş,20-ci əsrin Sabir,Məhəmməd Hadi,Hüseyn Cavid,Səhhət kimi böyük şairlərinin yaradıcılıqlarını dərindən bilmiş,onlardan bəhrələnmiş;az sonra əsərlərindən tərcümələr etdiyi yaxud şeirlərini oxuduğu Puşkin,Lermantov,Mayakovski,Yesenin və b. sənətkarlıq sirlərinə vaqif olmuşdur.
1. A.S.Puşkin. Qaraçılar. - Bakı: Azərnəşr, 1930. - 30 s.
2. Taras Şevçenko. Kobzar. - Bakı: Azərnəşr, 1934. - 85 s.
3. Yeqişe Çarens. Şeirlər.- Bakı: Azərnəşr, 1934. – 54 s.
4. Marşak. Huşsuza bax, huşsuza. - Bakı Azərnəşr, 1935. - 10 s.
5. Marşak. Huşsuza bax, huşsuza. - Bakı: Azərnəşr, 1936. - 14 s.
6. A. S.Puşkin. Qaraçılar. - Bakı: Azərnəşr, 1937. - 30 s.
7. M.F. Axundov. Şərq poeması.- Bakı: Azərnəşr, 1937.- 31 s.
