Vəfatı
Mikayıl Müşfiq iyun ayının 4-də adına yazılmış 508 nömrəli orderə əsasən evində həbs edilmişdi.
Mikayıl Müşfiqi həbs edənlər və evində axtarış aparanlar Dövlət Təhlükəsizliyi İdarəsinin
əməkdaşları M.Mustafayev, N.Petrunin və MİK-nin (Mərkəzi İcraiyyə Komitəsi) sədri Şevçenko idi.
Axtarış zamanı Türkiyədə nəşr olunmuş 14 kitab, başqa nəşrdən olan 5 kitab, türk dilində
4 müxtəlif jurnal, 6 İran nəşri, 14 foto şəkil, pasport, hərbi bilet, əlyazmalar və digər
əşyalar müsadirə olunmuşdu.Müsadirə olunmuş əşyalar 13 oktyabr 1937-ci ildə yandırılmışdır.
1938-ci il yanvar ayının 5-də SSRİ Ali Məhkəməsinin 20 dəqiqəlik məhkəmə iclası Müşfiq barəsində güllələnmə qərarı verir. Hökm 1939-cu il yanvar ayının 6-da Nargin adasında yerinə yetirilir. Böyük şair güllələnərək məzarı qalmasın deyə dənizə atılır. 1956-cı il mayın 23-də SSRİ Ali Məhkəməsinin hərbi kollegiyasının qərarına əsasən Mikayıl Mirzə Əbdülqədir oğlu İsmayılzadə (Mikayıl Müşfiq) ölümündən sonra bəraət almışdır.
